Çox verilən suallar
Ağlına gələn suallar
Home Assistant-ım yoxdur, istifadə edə bilərəm?
j8b Home Assistant üzərində işləyir. Raspberry Pi ya da mini kompüterə quraşdırıla bilər; quraşdırmada kömək edirik. Hazır dəst variantı üçün bizimlə əlaqə saxla.
İnternet kəsilsə evim işləməyə davam edir?
Bəli. Avtomatlaşdırmalar və yerli cihazlar evindəki Home Assistant-da işləyir; j8b yalnız uzaqdan giriş və interfeys qatıdır. İnternet qayıdanda qaldığı yerdən davam edir.
Məlumatlarım harada saxlanılır?
Sensor tarixçəsi və avtomatlaşdırmalar evində qalır. Buludda yalnız açdığın cihazların anlıq vəziyyəti və hesabın olur. Ətraflı Məxfilik səhifəsində.
Tuya / istehsalçı buludu ilə qoşulan cihazlarım necə olur?
İşləyir. Kartın yanındakı nişan sənə "bulud" deyir; yəni əmr istehsalçının serverindən keçir. Zigbee kimi yerli cihaza keçsən, həmin kart "yerli" olur və sürətlənir.
Ödənişlidir?
Hesab açanda Ev planı 30 gün pulsuz yoxlanılır; kart istəmir. Sınaq bitəndə heç nə silinmir, hesabın pulsuz Başlanğıc planı ilə davam edir. Planları və cari qiymətləri Qiymətlər səhifəsində görə bilərsən.
Bir neçə evim var, hamısını bir hesabdan idarə edə bilərəm?
Bəli. Hər ev ayrıca qoşulur və hesabında ayrıca görünür; ailə üzvlərinə hər ev üçün ayrı rol verirsən.
Home Assistant-dakı avtomatlaşdırmalarım pozulur?
Xeyr. j8b Home Assistant-a heç nə yazmır, yalnız oxuyur və verdiyin əmrləri çatdırır. Avtomatlaşdırmaların, panellərin və inteqrasiyaların olduğu kimi qalır.